Bakı şəhərində qadını döyərək onun pulunu alan şəxs tutulub.
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a daxil olan məlumata görə, aprelin 23-də M.Hadi küçəsində yaşayanZülfiyyə Ağayeva36-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, aprelin 19-da və 22-də Röyal adlı tanışı onu evində döyüb, bıçaqla hədələyərək qızıl-zinət əşyaları və 2800 manatını alıb.
Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, Saatlı rayon sakiniRöyal Məmmədovmayın 3-də tutulub.