Bakıda qadın yaşadığı evdə öldürüldü

Bakıda qadın yaşadığı evdə öldürüldü
SOSİAL
11:04 24.02.2022
344
Bakının Xəzər rayonunda qətl törədilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, fevralın 23-də Sevinc Cəfərovanın yaşadığı evdə kəsici-deşici alətlə aldığı xəsarətlərdən ölməsi barədə Xəzər rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı cinayət işi başlanıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkmişin tanışı Samir Sadıqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR