00:11 şənbə, 29 Fevral 2020
SOSİAL

Bakıda qadın yolda dayanıb sürücüləri belə aldadır - VİDEO

11:59, 29.01.20203937
Bakıda qadın yolda dayanıb sürücüləri belə aldadır - VİDEO
Bakıda daha bir fırıldaqçı peyda olub. 

Sürücülərin Unikal.org-a verdiyi məlumata görə, paytaxtın Suraxanı rayonunda yolun kənarında dayanan qadın hərəkət edən avtomobillərin içərisinə baxır.

Sonra yolda saxlayan maşına əyləşən qadın sürücüdən 50 manat pul tələb edir. Sürücü pulu vermək istəməyəndə isə qadın polisə şikayət edəcəyini və yaxud onları şərləyəcəyini bildirir.

Qeyd edək ki, həmin qadın Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsindən bir qədər aralıda və Suraxanı-Zığ Şosesində (keçmiş 7 saylı internatın yaxınlığında) dayanaraq bu "əməli” törədir.
 


XƏBƏR LENTİ