Bakıda qadın özünü hərəkətdə olan avtomobildən atdı

Bakıda qadın özünü hərəkətdə olan avtomobildən atdı
Bütün Xəbərlər
10:16 29.09.2015
1945
24 yaşlı Rəvanə Ağayeva.
Bakının Sabunçu rayonunda qanlı hadisə baş verib.
AZXEBER.COM  APA-ya istinadən xəbər verir ki, Cəbrayıl Cəbrayılov idarə etdiyi "Fiat Doblo" markalı avtomobillə Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən sərnişini, 24 yaşlı Rəvanə Ağayeva özünü maşından çölə atıb.
Ağır bədən xəsarətləri alan Rəvanə Ağayevanı xəstəxanaya Cəbrayıl Cəbrayılov özü çatdırıb. Xəstəxanadan yaralının vəziyyətinin ağır olduğunu bildiriblər.
Hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə məlumat verilib. Cəbrayıl Cəbrayılovun izahatı alınıb. Baş verən hadisənin səbəbləri Sabunçu rayon prokurorluğunda araşdırılacaq.
Rəvanə Ağayevanın avtomobildən yerə necə düşməsinin səbəbləri araşdırmaların sonunda bəlli olacaq.
OXŞAR XƏBƏRLƏR