Bakıda qadını öldürüb balta ilə hissələrə parçalayanın kim olduğu bilindi - TƏFƏRRÜAT
SOSİAL
10:26 17.02.2018
10446
Daxili İşlər Nazirliyi (DİN) paytaxtdakı qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, fevralın 16-da saat 9 radələrində Binəqədi rayonu ərazisində məişət tullantıları qutusunda hissələrə bölünmüş qadın meyiti tapılıb.
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.