Bakıda qadının evə çağırdığı usta faciəvi şəkildə öldü

Bakıda qadının evə çağırdığı usta faciəvi şəkildə öldü
SOSİAL
10:43 12.09.2017
960
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
 
Lent.az xəbər verir ki, Sabunçu qəsəbəsində yaşayan qadın Sabunçu Rayon Elektrik Təchizatı və Satış İdarəsinə üzləşdiyi problemlə bağlı müraciət edib. Evə gələn elektrik mantyoru Nəsirov Nemət Əzizağa oğlu təmirlə məşğul olarkən onu cərəyan vurub və idarə işçisi hadisə yerində vəfat edib.
 
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR