Bakıda qadının rəhbərlik etdiyi dəstə saxlanıldı

Bakıda qadının rəhbərlik etdiyi dəstə saxlanıldı
Bütün Xəbərlər
07:34 28.08.2012
1707
Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib. Hadisə rayonun 3-cü mikrorayon dairəsindəki baxçanın həyətində qeydə alınıb. Nəsimi polisi tərəfindən saxlanılan soyğunçu dəstəyə Füzuli rayon sakini Şirinova Lalə Mikayıl qızı başçılıq edib.
Onlar vətəndaşı hədələyərək ondan 50 manat pul və mobil telefon götürüblər. Şirinova telefonu dəyər-dəyməzə satdığını deyib. “5 nəfər olmuşuq. Mən olmuşam, Elnur olub, Rafael olub, Yasin, Elvin. Apardım satdım kafedə işləyən qıza 20 manata”.
Qeyd edək ki, 4 kişiyə başçılıq edən Lalə Şirinova əvvəllər də adam oğurluğu maddəsi ilə məhkum olunub.
Faktla bağlı Nəsim rayon polis idarəsində cinayət işi başlanıb istintaq davam edir. Dəstənin başqa cinayətlərdə də əlinin olub-olmaması araşdırmaların sonunda məlum olacaq.
OXŞAR XƏBƏRLƏR