Bakıda qadının sürdüyü avtomobildən 12 min manat oğurlandı

DÜNYA
11:32 30.05.2012
1993

Bakıda avtomobildən 12 min manat oğurlanıb.

Nizami rayon Polis İdarəsindən AZXEBER.COM-a verilən məlumata görə, ötən gecə rayonun Çobanzadə küçəsində Bakı şəhər sakini Mədinə Babayevaya məxsus "Range Rover" markalı maşından şüşəni sındırmaq yolu ilə 12 min manat pul oğurlanıb.

Bu barədə polisə məlumat verilib və əməliyyat qrupu yaradılıb.Hadisəni törədənlərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR