"Bavariya"nın vingeri Səudiyyə Ərəbistanından aldığı təklifi geri çevirib

"Bavariya"nın vingeri Səudiyyə Ərəbistanından aldığı təklifi geri çevirib
SOSİAL
10:16 29.04.2025
210
Almaniyanın "Bavariya" klubunun vingeri Leroy Sane Səudiyyə Ərəbistanından aldığı təklifi geri çevirib.

"Əl-İttihad” klubu 29 yaşlı hücumçuya ümumilikdə 100 milyon avro dəyərində 4 illik müqavilə təklif edib.

Lakin Münhen təmsilçisinin heyətində UEFA Çempionlar Liqasının və Almaniya Kubokunun qalibi olmaq istəyən futbolçunun təkliflə razılaşmadığı bildirilib. Daha əvvəl onun kluba yeni, 3 illik müqavilə barədə razılığa gəldiyi qeyd olunurdu.

Qeyd edək ki, "Bavariya" hazırda 75 xalla Bundesliqanın turnir cədvəlinin ilk pilləsindədir.
OXŞAR XƏBƏRLƏR