Almaniyanın "Bavariya" klubunun vingeri Leroy Sane Səudiyyə Ərəbistanından aldığı təklifi geri çevirib.
"Əl-İttihad” klubu 29 yaşlı hücumçuya ümumilikdə 100 milyon avro dəyərində 4 illik müqavilə təklif edib.
Lakin Münhen təmsilçisinin heyətində UEFA Çempionlar Liqasının və Almaniya Kubokunun qalibi olmaq istəyən futbolçunun təkliflə razılaşmadığı bildirilib. Daha əvvəl onun kluba yeni, 3 illik müqavilə barədə razılığa gəldiyi qeyd olunurdu.
Qeyd edək ki, "Bavariya" hazırda 75 xalla Bundesliqanın turnir cədvəlinin ilk pilləsindədir.