Bakıda qadınların qorxusuna çevrilən manyak tutuldu

Bakıda qadınların qorxusuna çevrilən manyak tutuldu
Bütün Xəbərlər
13:30 03.10.2014
4443

Bakıda qadınlara hücum çəkərək onları qarət edən, oğru yaxalanıb. 

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, qadınların vahiməsinə çevrilən manyak Binəqədi rayon Polis İdarəsi və 5-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan Zaqatala rayon sakini Əfqan Cunayev bir neçə qadına hücum çəkərək onları qarət etməkdə günahlandırılır.

Belə ki, o, sentyabrın 22-də S.S.Axundov küçəsində Nərmin Məlikməmmədovanı itələyib yıxaraq, qulağından 1 çüt sırğasını, 2 ədəd mobil telefonunu, əl çantasından 15 manat və bankomat kartını götürüb.

Bundan başqa Əfqan Cunayev sentyabrın 29-da 7-ci mikrorayonda Mirvari Hüseynovanı da yerə yıxaraq döyüb. Ondan qızıl və gümüş üzüklərini, 1 cüt qızıl sırğasını və mobil telefonunu götürərək qaçıb.

Saxlanılan Əfqan Cunayevin başqa cinayətlər də törətdiyi istisna edilmir.

Faktla bağlı araşdırma aparılır.

 

OXŞAR XƏBƏRLƏR