Bakıda qaldırıcı kran aşıb

Bakıda qaldırıcı kran aşıb
Bütün Xəbərlər
14:34 15.05.2012
1394
Bakının Nəsimi rayonu ərazisində qaldırıcı kran aşıb. Hadisə rayonun Süleyman Rüstəm və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində aparılan tikinti sahəsində baş verib.
Məlumata görə, gələcəkdə ticarət mərkəzinin olacağı bildirilən həmin binanın tikintisində istifadə edilən “Lieb-herr” markalı kran qaldırdığı yükün ağırlığından müvazinətini itirib və aşarkən yaxınlıqdakı Mərkəzi Bankın dəmir hasarlarını uçurub.
Hadisə zamanı sürücü xəsarətsiz qəzadan çıxa bilib. Elə ətrafda çalışan fəhlələr arasında da xəsarət alan olmayıb. Bundan sonra kranın aşdığı əraziyə polis əməkdaşları cəlb edilib. Araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR