Bakıda qar gözlənilir

Bakıda qar gözlənilir
Bütün Xəbərlər
01:47 24.01.2012
1329

Bakıda və Abşeron yarımadasındahavanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.

Temperaturun gecə 0°-yə yaxın, gündüz 2-5° isti olacağı gözlənilir. Bakıda gecə 0°-yə yaxın, gündüz 2-4° isti olacağı proqnozlaşdırılır. Atmosfer təzyiqi 767 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 75-85 faiz olacaq. Naxçıvan Muxtar Respublikasındaqar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Temperaturun gecə 8-13° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd,Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarındaqar yağacağı, gündüz tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarındahavanın yağıntılı olacağı, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 1-6° şaxta, gündüz 0-4° isti olacaq. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,Quba-Qusar-Xaçmaz rayonlarındahavanın yağıntılı olacağı, qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-7° şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 17-22° şaxta olacağı gözlənilir. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarındahavanın bəzi yerlərdə yağıntılı olacağı, sulu qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq. Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarındahavanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Dağlarda duman olacaq. Temperaturun gecə 0-2° isti, gündüz 2-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-4° şaxta gözlənilir. Tibbi-meteoroloji proqnoz:yanvarın 24-dən 26-dək Abşeron yarımadasında soyuq və rütubətli diskomfort şəraitə baxmayaraq meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

OXŞAR XƏBƏRLƏR