Bakıda qardaş bacısının qanını tökdü-VİDEO

Bakıda qardaş bacısının qanını tökdü-VİDEO
Bütün Xəbərlər
01:22 07.12.2012
2963

1988-ci il təvəllüdlü Sabirabad rayon sakini Eldar Rəhimovun bacısını bıçaqlamasının səbəbi bəlli olub.

"ANS"in məlumatına görə, hadisəni namus üstündə törədən Eldarın valideynləri rayonda yaşasa da, özü paytaxtda işlədiyi üçün Bakıda kirayə qalır. Lakin bir gün o eşidir ki, bacısı, 1982-ci il təvəllüdlü Mehriban 2 uşağını və həyat yoldaşını ataraq evdən qaçıb. Rayonda dilə-dişə düşdüklərindən narahat olan Eldar bacısının ailədəki problemlərini araşdırmağa başlayır.

Günahın bacısında olduğunu və onun Bakıda tüfeyli həyat keçirdiyini eşitsə də, qadının yaşadığı yeri tapa bilməyib. Lakin bir gün o, işdən evə gedərkən küçədə bacısıyla rastlaşıb. Bacısı Mehribana qəzəbli olan Eldar Rəhimov küçənin ortasında elə ani zamanda ona bıçaqla çoxlu zərbələr yetirib. İki zərbə vurduğu bıçağı işdə ərzaq doğramaq üçün üstündə gəzdirdiyini bildirib. Hadisəni törətdikdən sonra o, Rusiya Federasiyasına qaçmaq istəyərkən polis tərəfindən Qusar rayonunda yaxalanıb və hadisənin baş verdiyi ərazi üzrə polis bölməsinə təhvil verilib. Polisə ifadəsində Eldar Rəhimov qətllə bağlı bunları deyib: “Səhv eləmişdi, ona görə də vuruldu. Qabağıma çıxdı, həyəcanlandım. Niyyətim öldürmək deyildi”.

Faktla bağlı Yasamal rayonu polis idarəsində cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR