Bakıda qardaş bacısının qanını tökdü

Bakıda qardaş bacısının qanını tökdü
Bütün Xəbərlər
12:49 15.02.2016
2794
Fevralın 13-də Bakıda bıçaqlanma hadisəsi baş verib.
AZXEBER.COM  Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.
Axşam saat 19:00 radələrində Qurbanov Sabir Rüstəmoviç bacısı Elina Rüstəmoviçi şəxsi münaqişə zəminində bıçaqlayıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib.
Sabir Qurbanov şübhəli şəxs qismində saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən AZXEBER.COM-a daxil olan məlumata görə, fevralın 13-də Biləcəri qəsəbəsində 1987-ci il təvəllüdlü Yelena Qurbanovaya yaşadığı evdə bıçaq xəsarəti yetirib.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Yelena Qurbanovaya yaşadığı evdə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən qardaşı, 1990-cı il təvəllüdlü Sabir Qurbanov tutulub.
OXŞAR XƏBƏRLƏR