Bakıda qatar kişinin üstündən keçdi - meyit parça-parça olub

Bakıda qatar kişinin üstündən keçdi - meyit parça-parça olub
Bütün Xəbərlər
12:05 16.10.2014
1793

Sabunçu rayonu ərazisində qatar kimliyi bilinməyən kişini vurub. 

AZXEBER.COM Virtualaz.org saytına istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. 

“Tümen-Bakı” sərnişin qatarı Sabunçu rayonundakı dəmiryolu vağzalının yaxınlığından keçərkən şəxsiyyəti məlum olmayan, təxminən 45-50 yaşlarında olan kişini vurub.

Qatar vuran şəxsin meyitini səhər saatlarında hadisə yerindən keçən qəsəbə sakinləri görərək, Sabuçu Xətt Polis Şöbəsinə məlumat veriblər. Hadisə şahiddlərinin verdiyi məlumata görə, meyit parça-parça olduğundan heç kim tanıya bilməyib.

Sabuçu Xətt Polis Şöbəsindən də faktı təsdiqləyiblər. Şöbədən bildirilib ki, şəxsiyyəti məlum olmayan şəxsi gecə saat 01:50 radələrində “Tümen-Bakı” sərnişin qatarı vurub.

Hadisə ilə bağlı araşdırma aparılır.

 

 

OXŞAR XƏBƏRLƏR