Bakıda qaz balonunun alışması nəticəsində qadın xəsarət aldı

Bakıda qaz balonunun alışması nəticəsində qadın xəsarət aldı
SOSİAL
10:25 19.01.2023
113
Bakı şəhəri, Sabunçu rayonunda qaz balonunun alışması nəticəsində 52 yaşlı qadın yanıq xəsarətləri alıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, yanvarın 18-də Sabunçu rayonunun M.Hüseynzadə küçəsində fərdi evin mətbəx otağında qaz balonunun alışması nəticəsində yanğın hadisəsi baş verib.

Hadisə nəticəsində ev sahibi 1971-ci il təvəllüdlü Nailə Bǝdirxanova qaz balonunu kənara atmaq istəyən zaman əl və ayaq nahiyəsindən yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR