Bakıda qənd istehsalı sexində qanun pozuntuları aşkarlanıb - FOTOLAR

Bakıda qənd istehsalı sexində qanun pozuntuları aşkarlanıb - FOTOLAR
Bütün Xəbərlər
15:09 30.10.2013
1180

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi fiziki şəxs Əbülfəz Nəzərova məxsus qənd istehsalı sexində dövlət nəzarəti həyata keçirib.

AZXEBER.COM-un məlumatına görə, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Fəta 121” nişanlı rafinə edilmiş qənd istehsalı sexində aparılan yoxlamalar zamanı bir sıra qanun pozuntuları aşkar edilib.Belə ki, araşdırma zamanı müəyyən olunub ki, müəssisədə uyğunluq sertifikatı olmadan sanitariya norma və qaydalara məhəl qoyulmadan 2 adda məhsul - karamel tipli şərq şirniyyatı (noğul) və nanəli karamel istehsal edilir.Eyni zamanda istehsal olunan “Avko” nişanlı karamel tipli şərq şirniyyatı - noğul məhsullarının üzərində istehsalçı kimi başqa bir müəssisənin (Xaçmaz şəhəri, fiziki şəxs Əliyev E.Ş) qeyd edildiyi müəyyən edilib.Nəzarət tədbirləri nəticəsində məhsulların müvafiq qaydada təsdiq edilmiş texnoloji təlimatının və resepturaların, habelə müəssisənin laboratoriyasının və ya akkreditasiya olunmuş laboratoriya ilə müqavilənin olmadığı aşkar olunub.Müəyyən olunmuş bu və digər nöqsanlarla bağlı olaraq, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati protokol tərtib edilib, sertifikatsız məhsulların istehsalı və satışı qadağan edilib.

OXŞAR XƏBƏRLƏR