Bakıda qəribə olayın üstü açıldı: Sifarişçi qadın olub

SOSİAL
14:42 08.07.2016
1831
Zərərçəkən ona 100 min manata yaxın ziyan dəydiyini bildirmişdi.
Bakıda gəlinlik paltarlarını qəsdən məhv edən şəxsin şəxsiyyəti müəyyən edilib, cinayətin sifarişçisi tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da Bakı şəhər sakini S.Qurbanovaya məxsus gəlinlik paltarları satışı mağazasında yağ və benzinlə qarışmış məhlulu paltarların üzərinə tökərək əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxsin paytaxt sakini Xalıq Həşimzadə olması müəyyən edilib.
Hadisəni sifariş edən Bakı şəhər sakini Leyla Ağayeva tutulub.
Qeyd edək ki, zərərçəkən ona 100 min manata yaxın ziyan dəydiyini bildirmişdi.
OXŞAR XƏBƏRLƏR