Bakıda qəza: sürücü avtomobilə sıxılıb qaldı

Bakıda qəza: sürücü avtomobilə sıxılıb qaldı
Bütün Xəbərlər
00:31 10.08.2013
1261

Hadisə yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində baş verib

Bakı şəhəri, Yasamal rayonunda “Tofaş” markalı minik avtomobili və “Ford Tranist” markalı yük avtomobili toqquşub. AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə dərhal xilasedicilər cəlb olunub. Onlar xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğrayan “Tofaş ” markalı minik avtomobilində sıxılan vəziyyətdə qalan sərnişini çıxararaq aidiyyəti üzrə təhvil verilib. Eyni zamanda ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

OXŞAR XƏBƏRLƏR