Bakıda qəza törədən ''Opel'' od tutub yandı

Bakıda qəza törədən
Bütün Xəbərlər
09:27 26.10.2012
1287
Gecə Bakının Binəqədi rayonunda iki avtomaşının toqquşması və həmin maşınlardan birinin yanması ilə nəticlənən yol nəqliyyat hadisəsi baş verib. Binəqədi - Balaxanı yolunda qeydə alınan qəza zamanı 61 yaşlı Cəbrayılov Eldar Aqil oğlu idarə etdiyi “Opel” markalı avtomaşınla əvvəlcə yolun kənarında dayanan “Qaz 3110” markalı maşınla toqquşub. Bundan sonra “Opel” yoldan çıaxaraq yanmağa başlayıb. Sürücü yanğından canını xəsarət almadan qurtara bilsə də, nəqliyyat vasitəsi tamamilə yanaraq yararsız vəziyyətə düşüb.Nəzərinizə çatdıraq ki, yol kənarındakı kafenin həyətində dayanan “Qaz 3110” markalı avtomaşın “Opel”in zərbəsindən sonra obyektin divarına da çırpılıb. Nəticədə kafeyə də müəyyən miqdarda ziyan dəyib. Hadisəyə səbəb olan avtomaşının, sürücüsü isə qəzanın baş vermə səbəbləri haqda müsahibə verməkdən imtina etdi.
OXŞAR XƏBƏRLƏR