Bakıda qəzaya uğrayan İTV-nin aparıcısının vəziyyəti pisləşib

Bakıda qəzaya uğrayan İTV-nin aparıcısının vəziyyəti pisləşib
MEDİA
13:06 09.01.2014
2398

Rafiq Məmmədov 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib

Bu gün saat 10:00 radələrində Bakının Suraxanı rayonunda ağır yol qəzasına düşən İTV-nin aparıcısı Rafiq Məmmədovun halı pisləşib. ANS PRESS-in məlumatına görə, qəza baş verən zaman avtomobili idarə edən Rafiq Məmmədov kanala düşən maşından çıxandan sonra evə aparılıb. Lakiin sonradan qarın nahiyyəsindən və bədəninin digər hissələrində küt ağrılar başlayıb. Onu 3 saylı Sabunçu xəstəxanasına yerləşdiriblər.Xəstəxanadan verilən məlumata görə, hazırda aparıcının vəziyyəti stabil ağırdı. Onun müalicəsi davam etdirilir.Qeyd edək ki, bu gün saat 10:00 radələrində Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində İTV-nin aparıcısı Rafiq Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobil Hövsan kanalına düşüb. Qəza nəticəsində aparıcının bacısı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Pərvanı Valeh qızı Məmmədova dünyasını dəyişib
OXŞAR XƏBƏRLƏR