Bakıda qısqanc ər arvadını qanına qəltan etdi

Bakıda qısqanc ər arvadını qanına qəltan etdi
Bütün Xəbərlər
15:18 15.09.2014
1342
Bakının Xəzər rayonunda kişi arvadını bıçaqlayıb.
AZXEBER.OM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Mərdəkan qəsəbəsində baş verən hadisə qısqanclıq üstündə olub.
Belə ki, Astara rayon sakini Taleh Əliyev qısqanclıq zəminində arvadı Pərvinə bıçaqla xəsarət yetirib. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məlumat daxil olan kimi Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsi əməkdaşları əməliyyata başlayıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əliyev tutulub.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR