Bakıda qız oğlanı qaçırdı

Bakıda qız oğlanı qaçırdı
Bütün Xəbərlər
10:40 17.07.2013
7614

Evlənmək, ailə qurmaq elimizin ən gözəl adətlərindəndir. Bir-birini sevən iki insanın qovuşaraq səadətinə çatması, ailə qurması hər bir valideynin arzusudur. Uşaqlarını min bir əzab-əziyyətlə böyüdən ata, analarımız qədər övladlarının toy günündə sevinən ikinci bir insan ola bilməz desək yəqin ki yanılmarıq. Amma təəssüf ki, bəzən sevgisi aşıb-daşan gənclərimiz valideynlərinin rızası olmadan da bu addımı atırlar. Yəni, ana, anasını ataraq sevdiyinə qoşulub qaçırlar.  Qız qaçırmaq indi cinayət sayılsa da vaxtilə dədə-babalarımız da bu üsuldan az istifadə etməyiblər. Amma təəssüflər olsun ki, dövr keçdikcə, bu adətlərimiz də dəyişilib, avropalaşmağa başlayıb. Əvvəllər oğlan qızı qaçırardı, indi əksinə... Bu gün “Filankəsin qızı filankəsin oğlunu qaçırıb” deyə eşitsək bəlkə də təəccüblənmərik.  Oğlu adlı-sanlı Diaspor Komitəsinə çalışan Arif Məmmədov da oğlunun sevdiyi qız tərəfindən qaçırıldığını iddia edir. Modern.az saytına müraciət edən A.Məmmədov Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsində məsləhətçi vəzifəsində işləyən oğlu Kamal Məmmədovun yoxa çıxdığını, iki gün öncə münasibətdə olduğu xanım tərəfindən qaçırıldığını deyib. Oğlunun sevdiyi qız tərəfindən qaçırıldığını iddia edən valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. A.Məmmədov oğlunun ailə qurmasına nəinki sevinib, bütün Bakını alt-üst edərək oğlunun tapılmasına çalışır. Uzun illərdir Diasor Komitəsində çalışan 31 yaşı Kamal Məmmədov srağa gün sevdiyi xanımla qoşularaq qaçıb.  Müsahibimin sözlərinə görə, onlar Kamal Məmmədovun srağa gün qız qaçırtdığı xəbərini eşidiblər. Bir neçə saat axtarışdan sonra qızın ailəsinin kimliyi müəyyən edilib.  “Mənim oğlum ağıllı-başlı oğlan idi. Srağa gün xəbər tutduq ki, qız qaçırdıb. Maraqlandıq, qızın ailəsini tapdıq. Bu qızla oğlum çoxdan idi münasibətdə idi. Dəfələrlə biz xəbərdarlıq eləmişdik ki, bu qızın ailəsi bizə münasib deyil. Sizin evlənməyiniz həyatda mümkün olan şey deyil. Hətta qızın valideynlərinə də məlumat göndərmişdik ki, qızınızı oğlumdan uzaqlaşdırın. Onlar isə oğluma tələ qururdular. Mənim oğlum qız zad qaçırtmayıb, oğlumu qızın ailəsi qaçırdıb”-deyə A.Məmmədov şikayətlənib.  A.Məmmədovun sözlərinə görə, ailə qızının qoşulub qaçmasından narahat olmaq əvəzinə toy-bayram edir.  “Təsəvvür edin, qızı qaçırılan onlardır, amma nə axtarmırlar, nə maraqlanmırlar. Getmişik onların evlərinə bizi gülə-gülə qarşılıyırlar utanmadan. Mən o ailəni yaxşı tanıyıram, əxlaqsızın yekəsidirlər. Qızlarını oğluma sırıyıblar. Ata, anası da bu işdən əvvəlcədən xəbər olublar. Onlar öz razılıqları ilə qızlarını geyindirib oğlumla yola salıblar. Mənim oğlum qızdan abırlı insan idi. Onlar onu tora saldılar”-deyə ata od püşkürüb. A.Məmmədov Kamalı oğlulluqdan sildiyini, onu heç vaxt bağışlamayacağını deyib: “O bizim papağımızı yerə saldı. Ailəmizi biabır elədi. Hansı valideyn istəməz ki, oğlu xoşbəxt olsun? Biz də illərdir oğlumuzun toy həvəsi ilə yaşayırdıq. Ona adlı-sanlı toy eləməyi planlaşdırırdıq. Dəfələrlə də Kamala demişdik ki, bu qız sənlik deyil, onu sənə ala bilmərik. Amma o bizim sözümüzü eşitmədi. Onu adlı bizim oğlumuz yoxdur, ölüb bizim üçün”. Ürəyi dolu olan ata iki gündür oğluna dəfələrlə zənğ vursa da onu tapa bilmədiklərini qeyd edib.  “Kamal məzuniyyətdə idi. Neçə gün idi ki, məzuniyyət götürüb evdə istirahət edirdi. Amma, sən demə bunlar qabaqcadan planlaşdırıblar hər şeyi. Qızın 28 yaşı var. Lökbatanda “Embavud”-da işləyirdi. Onun ailəsi necə əxlaqsız adamlardırlar ki, gecə saat 12-də 1-də qızları oğlumla görüşürdü, onlar bir dəfə demirdilər ay qızım bu saatda hardan gəlirsən.”. A.Məmmədov həmçinin qeyd edib ki, yeni “qohumları” əslən Siyəzən rayonundandır. Qeyd edək ki, 31 yaşlı K.Məmmədov Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsində məsləhətçi vəzifəsində çalışır.//anspress

OXŞAR XƏBƏRLƏR