Bakıda qız qaçırdılar

Bakıda qız qaçırdılar
Bütün Xəbərlər
15:48 17.08.2015
2185
Dünən Bakının Yasamal rayonu ərazisində qızqaçırma hadisəsi baş verib.
Şahidlərin musavat.com-a verdiyi məlumata görə, hadisə günorta saatlarında baş verib. 1993-cü il təvəllüdlü qız Sənan adlı şəxs tərəfindən qaçırılıb.
22 yaşlı qızın evlənmək məqsədi ilə qaçırıldığı deyilir.
Hadisədən xəbər tutan qızın valideynləri Daxili İşlər Nazirliyinin "102-qaynar xətti"nə müraciət ediblər.
Fakta bağlı Yasamal Rayon 28-ci polis bölməsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR