Bakıda qız özünü 8-ci mərtəbədən atıb öldü

SOSİAL
16:59 10.10.2019
4564
Bakıda 26 yaşlı qız intihar edib.

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə oktyabrın 9-u gecə saat 04 radələrində baş verib. Şabran rayon sakini olan 1993-cü il təvəllüdlü Aysel Talıblı Nəsimi rayonu, S.Rüstəm küçəsində yerləşən 14 mərtəbəli binanın 8-ci mərtəbəsindən özünü ataraq intihar edib.

İlkin məlumata görə, A.Talıblının intihar etdiyi ev özünün yaşadığı mənzil olmayıb.

Faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR