Bakıda yalnız qızlar üçün internet-klub açılıb.AZXEBER.COM-un “ictnews.az”a istinadən verdiyi məlumata görə, klub metropolitenin “Gənclik” stansiyasının yaxınlığında fəaliyyət göstərir. Klub saat 09:00-dan 20:00-a müştərilərini xidmətlə təmin edir. Qapısına “Xanımlar üçün” elanı vurulmuş internet salonda kompüterlərə nəzarət olunur, bəzi saytlara girişə qadağa qoyulub.Klubun rəhbəri bildirib ki, əsasən də erotikanı, pornoqrafiyanı təbliğ edən saytlara giriş xüsusi proqramlar vasitəsi ilə məhdudlaşdırılıb. Burada qiymətlər də baha deyil.Klubun rəhbərinin sözlərinə görə, müştərilərin sayı az deyil və onların davranışlarından razıdırlar: “Klubumuza gələnlərin çoxu tələbə qızlardır. Onlar kurs işlərini və digər yazılarını yazmaq üçün bura təşrif buyururlar. Bununla yanaşı, başqa sahələrdə çalışan xanımlar tez-tez klubumuza gəlirlər”.