Martın 10-da Bakıda Qızlar Futbol Festivalının keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Futbol Mərkəzində yerləşən “Dalğa Arena”da keçiriləcək festivalda FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin dostu Steffi Jones iştirak edəcək.
Məlumat üçün bildirək ki, tədbirdə həmçinin musiqiçi Çingiz Mustafayevin çıxışı və layihə təqdimatı gözlənilir.