Bakıda qonşu qadının başının kəsilməsi ilə bağlı ŞOK FAKTLAR- VİDEO

Bakıda qonşu qadının başının kəsilməsi ilə bağlı ŞOK FAKTLAR- VİDEO
SOSİAL
10:55 08.09.2019
69021
Bakıda qətl törədilib. 

AZXEBER.COM APA TV-yə istinadla məlumat verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

1988-ci il təvəllüdlü Xaləddin Dilqəm oğlu Hüseynov qeyri-rəsmi münasibətdə olduğu paytaxt sakini, 1984-cü il təvəllüdlü Günel Bağırovanın başını kəsərək qətlə yetirib.

Cinayət qısqanclıq zəminində baş verib. Hadisədən sonra Xaləddin Hüseynov Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə gələrək təslim olub. Qətlə yetirilən şəxsin anası Gülzar Bağırova deyir ki, Xaləddin Hüseynov hadisəni törətməzdən əvvəl qızının evinə gələrək, yatdığı yerdə boyun nahiyəsindən vurub:

"Saat 7-də qızı gəlib dedi ki, ay nənə, polislər bizim qapıdadır. Səbəbini soruşdum, bilmədi. Vuran da qonşudur. Uşağa qayıdıb ki, mənim qızım səni istəyir. Get, gör, nə deyir. Uşağı göndərib öz evlərinə. Uşaq qayıdanda görüb ki, bu şəxs qapını bağlayıb gedir. Anasını soruşanda rayona getdiyini bildirib. Sonra uşaq mənə gəlib dedi ki, nənə, polislər qapıdadır. Evin bir açarı məndə də var. Açdım qapını, gördüm ki, balam al qanın içindədir.

Bir əli yerdə uzanmış vəziyyətdə gördüm. Yatan yerdə boynundan necə vurubsa, balam al qanın içindədir. Nə üstə vurub, bilmirik. Şəxsi qərəzliyimiz də yox idi. Bizə qaranlıqdır. Özü də gedib polisə təslim olub. Polisləri bura göndərib”. "Bu, nə qısqanclıq ola bilər? Onun əri həbsxanadadır. Bir dənə balası var. O, qonşudur. O, orda çox söz deyə bilər. Onunla bir yerdə yaşamır, bir evdə qalmır. Qonşudur, sadəcə, salam-sağolları var”. Günel Bağırovanın qayınanası Alimə Əhmədova isə Xaləddin Hüseynovun iki ildir həbsdən çıxdığını və qətli pula görə törətdiyini bildirib:

"Öldürən şəxs narkomandır. İki ildir həbsxanadan çıxıb. Nə atası, nə də anası günahkar deyil. Çünki balasının qabağını tuta bilməyib. Ona görə səhər tezdən gəlib qətli törədib. Pula görə, puldan ötrü edib. Balamın balası qaldı belə”. Mərhumun yaxın qohumu Ayna Əliyeva saxlanılan şəxsin səhər tezdən evdən çıxdığını və qapının açıq olduğunu bildirib:

"Narkoman idi. Səhər tezdən gələndə gördüm ki, burdan çıxır. Qapı da açıq olub. Onun qızını aldadıb çıxarıb bayıra. Rəhmətə gedən mənim qaynımın yoldaşıdır. Qətli törədən qonşudur. Özü də gedib təslim olub ki, mən adam vurmuşam”. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə aparılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
09:24 11.10.2026
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
Tramp İranı “çox pis ölkə” adlandırıb
09:20 11.10.2026
Tramp İranı “çox pis ölkə” adlandırıb
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
09:16 11.10.2026
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
09:10 11.10.2026
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
09:06 11.10.2026
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
09:00 11.10.2026
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
08:52 11.10.2026
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
08:43 11.10.2026
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
08:36 11.10.2026
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb