Bakıda qonşular arasında dava: Ata və oğul bıçaqlandı

Bakıda qonşular arasında dava: Ata və oğul bıçaqlandı
HADİSƏ
12:57 03.07.2024
905
Bakının Xəzər rayonunda 1995-ci il təvəllüdlü Amil Hikmət oğlu Cahangirov və 1970-ci il təvəllüdlü Hikmət Əlihüseyn oğlu Cahangirov dava zamanı bıçaqlanıb.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, hadisə Binə Atçılıq yaşayış massivində qeydə alınıb.

Xəstəxanaya yerləşdirilən 29 yaşlı A.Cahangirova 8 bıçaq zərbəsi vurulub.

Əldə edilən məlumata görə, onları qonşuluqda yaşayan şəxs dava zamanı bıçaqlayıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR