Bakıda quldurluq edən 2 nəfər tutulub.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, oktyabrın 8-i saat 00:30 radələrində Ziya Bünyadov prospektində naməlum şəxslər Bakı şəhər sakini İsmət Xudaquliyevin boğazına bıçaq dirəməklə pulunu və 2 ədəd mobil telefonunu alaraq qaçıblar. Nərimanov Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinənlər - əvvəllər məhkum olunmuş Ruslan Səfərov və Şamxal Məmmədov tutulublar.(APA)