Bakıda qumbara alverçisi tapıldı

Bakıda qumbara alverçisi tapıldı
Bütün Xəbərlər
13:55 14.05.2013
983
Bakı sakini qumbara satarkən tutulub.AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Yasamal rayon sakini Zaur Tağıyev 6 ədəd “F-1” qumbarasını və ona aid 6 ədəd alışdırıcını 600 ABŞ dollarına satarkən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR