Bakıda quldurluq edən şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, avqustun 5-də saat 03 radələrində Xaliq və iki nəfər naməlum şəxs Yeni Suraxanı qəsəbəsi Aşağı qəsəbə məhəlləsində yaşayan Ülfət Əhmədov evinin yaxınlığında pul istəyib.Vermədikdə bıçaqla hədələyib ona məxsus içərisində 10 min manat və sənədlər olan "Rang-Rover" markalı avtomaşını onlara müqavimət göstərməsinə baxmayaraq açarları üzərində olmasından istifadə edərək sürüb aparıblar.