Bakıda ‘Range Rover’ yandı

Bakıda ‘Range Rover’ yandı
Bütün Xəbərlər
16:07 24.06.2013
1499

Hadisə Bakı şəhər Dövlət Yol Polis İdarəsi yaxınlığında baş verib.

Bu gün günorta saatlarında Bakıda avtomobil yanıb. Yol polisindən ANS PRESS-ə verilən məlumata görə, hadisə M.Müşfiq küçəsində, Bakı şəhər Dövlət Yol Polis İdarəsi yaxınlığında baş verib. Belə ki, yolla hərəkət edən “Range Rover” markalı avtomobil qəfil tüstüləməyə başlayıb. Sürücü maşından düşən kimi avtomobil alovlanıb. Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub. Yanğın söndürülüb və maşın cərimə meydançasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR