Bakıda 'Range Rover'lə 'Hyundai' toqquşdu, 3 nəfər xəsarət aldı
Bütün Xəbərlər
15:50 14.02.2012
1363
Bu gün Bakının Nizami rayonunda avtoqəza baş verib. AZXEBER.COM-un xəbərinə görə, Naxçıvan şəhər sakini Pərviz Əliyevin idarə etdiyi "Range Rover" və Bakı şəhər sakini Vəlixan Hacıyevin idarə etdiyi "Hyundai Tucson" markalı avtomaşınlar toqquşub. Xəsarət alan V. Hacıyev, onun həyat yoldaşı Aygün Hacıyeva və oğlu 5- yaşlı Abutalıb Hacıyev xəstəxanaya yerləşdirilib. Xəstələrin vəziyyəti orta-ağırdır.