Bakıda "Range Rover"li qadın mühafizəçini necə ölümcül döydürdü...

Bakıda "Range Rover"li qadın mühafizəçini necə ölümcül döydürdü...
SOSİAL
16:04 03.10.2016
4909

 

Bakının Zərifə Əliyeva küçəsində, "Marriott Absheron" otelinin arxasında yerləşən elit yaşayış kompleksinin həyətinin mühafizəçisi "Range Rover"li qadının qəzəbinə tuş gəlib və ölümcül döyülüb.

Criminal.az saytı bu hadisənin bəzi təfərrüatlarını yazıb. Bildirilirdi ki, hadisə bir neçə gün əvvəl baş verib.

Kimliyi göstərilməyən gənc qadın idarə etdiyi ''-- -- 003'' dövlət nömrə nişanlı son model ''Range Rover'' markalı avtomobilni Z.Əliyeva küçəsində park etmək istəyib. Lakin parklama üçün nəzərdə tutulan ərazidə boş yer olmadığından maşını yaşayış kompleksinin həyətinə sürüb. Binanın mühafizəçisi isə həyətdə maşın saxlamağın qadağan olunduğunu deyib.

Bu zaman sözügedən xanım kiməsə zəng edərək mühafizəçidən şikayətlənib. Az sonra qara ''AA'' dövlət nömrə seriyalı ''Mercedes'' markalı avtomobillə iki nəfər həmin yerə gəlib. Onlar mühafizəçini huşunu itirənədək döyüb, sonra isə maşına əyləşərək ərazini tərk ediblər. Yerdə qan içərisində olan mühafizəçini təcili yardım maşını xəstəxanaya aparıb. Məlum olub ki, mühafizəçini döyən şəxs elə sifarişi  verən qadının əridir. O, hadisədən sonra həbs olunub.

AZXEBER.COM xəbər verir ki, virtualaz.org bu hadisəni araşdırıb və bəzi yeni detalları öyrənə bilib. Məlum olub ki, hadisə bir həftə əvvəl baş verib. Həmin yaşayış kompleksinin həyətindəki mühafizə postunda dayananlar əməkdaşımıza hadisə barədə "xəbərsiz olduqlarını, heç nə bilmədiklərini" deyiblər. Bununla belə yaxınlıqda işləyən şəxslərdən biri adının açıqlanmaması şərti ilə hadisənin təfərrüatlarını danışıb.

Hadisə şahidinin dediklərindən: "Bəli, belə hadisə olub. Həmin qadın "Range Rover"lə gəlib, parklama ərazisində boş yer yox idi deyə mühafizəçidən tələb edib ki, maşını binanın həyətinə buraxsın. Deyib ki, yaxınlıqdakı "Room" mebel salonuna baş çəkib qayıdır. Ancaq deyəsən, qadın oradan çıxıb gözəllik salonuna gedib və maşınını götürməyə gec qayıdıb. Ola bilsin, mühafizəçi gec qayıtdığı üçün ona irad tutub, yaxud nəsə qadının xoşuna gəlməyən söz deyib. Mən hadisəni aralıdan müşahidə edirdim, onu gördüm ki, AA seriyalı qara avtomobillə gələn ortaboylu gənc mühafizəçini amansızlıqla döyməyə başladı. İnsanı elə döyməzlər, bu, qəddarlıqdır, vəhşilikdir. Mühafizəçi zəif cüssəli gənc idi, heç bir müqavimət göstərə bilmədi. Yaxınlıqdakıların da heç biri müdaxilə etmədi. O qədər döydü ki, mühafizəçi huşunu itirdi, qadının çağırdığı şəxs isə onu küçənin ortasında qoyub heç nə olmamış kimi getdi. Tutaq ki, həmin mühafizəçi qadına nəsə irad tutub, buna görə adamı elə döyərlər?"

Şahidin bildirdiyinə görə, qadın və onun çağırdığı şəxs getdikdən sonra yaxınlıqdakılardan kimsə təcili yardım çağırıb. Təcili yardım huşsuz vəziyyətdə olan mühafizəçini xəstəxanaya aparıb. Daha sonra hadisə yerinə polislər gəliblər, ətrafdakı videomüşahidə kameralarından görüntülər götürülüb. "Görünür, mühafizəçi xəstəxanaya aparıldığı üçün istər-istəməz polisə məlumat verilib. Ancaq hadisənin sonrasının necə olduğu haqda məlumatım yoxdur. Bu ərazidə hər tərəf kameradır, yəqin ki, istəsələr, həmin adamı tapmaq heç bir çətinlik törətməz", - mənbə bildirdi.

Bəs şahid və hadisəni görən başqaları niyə mühafizəçinin xüsusi amansızlıqla döyülməsinə müdaxilə etməyiblər? Şahid deyir ki, heç kim buna cəhd etməyib. "Neyləsinlər? İndi bilmirik hansı zəmanədir? Elə harın, pullu adamlar üçün kimisə öldürüb qanını batırmaq nə çətin şeydir?" - şahid acizanə şəkildə çiyinlərini çəkib deyir.

Virtualaz.org hadisə barədə məlumat almaq üçün Səbail rayon 39-cu polis bölməsinə zəng vurub. Bölmədən növbətçi deyib ki, belə hadisə haqda eşitməyib. "Həmin adamın adı, familiyası olsa, araşdırmaq olardı", - növbətçi deyib.

Hadisəni diqqətdə saxlayacağıq və mühafizəçini ölümcül döyən "VİP-persona" barədə məlumatlar əldə etməyə çalışacağıq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
16:58 27.07.2026
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
16:55 27.07.2026
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
14:31 27.07.2026
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
14:28 27.07.2026
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI
14:12 27.07.2026
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI