Bakıda rəhbərini qarət etmiş xəzinədar saxlanıldı

Bakıda rəhbərini qarət etmiş xəzinədar saxlanıldı
Bütün Xəbərlər
16:00 07.01.2012
1390
Xəbər verdiyimiz kimi, Nərimanov rayonu ərazisində “ARTS” tikinti materiallarının alqı-satqısı şirkətinin direktoru Bakı şəhər sakini Bəhəddin Qarakedəyev Nərimanov Rayon Polis İdarəsinin 17-ci bölməsinə ərizə ilə müraciət edib. O bildirib ki, yanvarın 5-də saat 18 radələrində, F.X.Xoyski küçəsi, ev 113-ün qarşısında şirkətin xəzinədarı Mərdan Xankişiyev onun əlindəki 20 min manat pul olan bükülünü alaraq qaçıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, soyğunçuluqda şübhəli bilinən Mərdan Xankişiyev daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR