Nəqliyyat vasitəsi yük avtomobilinə çırpılıb.
Bakıda polis əməkdaşı yol qəzasında ölüb.
AZXEBER.COM xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sahil qəsəbəsində qeydə alınıb.
Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin polis baş serjantı, 1977-ci il təvəllüdlü Rüstəm Eldar oğlu Mürsəlov idarə etdiyi 90-AP-050 nömrə nişanlı, “KİA” markalı avtomobili “DAF” markalı qoşqulu yük avtomobilinə çırpıb.
Nəticədə R.Mürsəlov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Polisdən R.Mürsəlovun 38-ci Polis Bölməsinin rəisi Turab Paşayevin sürücüsü olduğu və həmin nəqliyyat vasitəsinin xidməti avtomobili olduğu bildirilib.