Bakıda restoranda administrator müştərinin kartından OĞURLUQ ETDİ

Bakıda restoranda administrator müştərinin kartından OĞURLUQ ETDİ
HADİSƏ
23:42 11.04.2025
474
Restoranda müştərinin bank kartından oğurluq edən administrator saxlanılıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda yerləşən restoranların birində qeydə alınıb. Restoranda yemək yeyən şəxs hesabı kartla ödəmək istədiyini bildirib. Restoranın administratoru isə onlarda post-terminalın olmadığını deyib və pulu yaxınlıqdakı bankomatdan çıxarmaq üçün müştəridən kartını ona verməsini istəyib. Müştəri isə maddi vəsaiti çıxarmaq üçün bank kartını və şifrəni administratora verib. Sonradan zərərçəkən kartından ödənişlə birlikdə ümumilikdə 1006 manatının çıxarıldığını aşkar edib. Zərərçəkənin şikayətindən sonra əməli törədən restoranın administratoru - 42 yaşlı G.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR