Bakıda restoranda kişini elektrik cərəyanı vurdu

HADİSƏ
11:43 05.07.2021
484
İyulun 3-ü saat 15:00 radələrində rayon sakini Hüseyn Mirzəyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Səbail rayon Prokurorluğundan AZXEBER.COM-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, Hüseyn Mirzəyev Səbail rayonu, E.Əzizov küçəsində yerləşən "Qurman” restoranında optik kabel xəttində yaranan nasazlığı aradan qaldırarkən elektrik xəttinə toxunması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR