Bakılı oğlan sevdiyi xanımı təbrik etmək üçün ən unikal üsullara əl atır.
Bir neçə gün əvvəl Bakı sakininin sevdiyi xanımın ad gününü təbrik etmək üçün maraqlı üsula əl atdığı xəbərini yazmışdıq. O, paytaxtın F.X.Xoyski prospektində yerləşən reklam lövhəsini kirayələyərək orada təbrik mesajını yazdırıb. Banerin üzərində aşağıdakı sözlər yazılıb: "Günel, ad günün mübarək!" Romantik bakılı təbrik mesajında öz adını yazmasa da, soyadını yazmışdı. Oxucuların milli.Az-a göndərdikləri məlumatdan bəlli olur ki, oğlanın sevdiyi xanımı təbrik etdiyi ərazi daha da genişdir. Fotodan görünür ki, hətta metroda belə ad günü təbriki var.
