Paytaxtda intihar hadisəsi baş verib.
Milli.Az-ın verdiyi xəbərə görə, hadisə Nərimanov rayonunda baş verib.
X.R.Ulutürk küçəsində yaşayan, 1966-cı il təvəllüdlü Bağır Dadaşov özünü öldürüb. Ruhi xəstə olan B.Dadaşov özünü yaşadığı evin dəhlizində dirəkdən asaraq intihar edib.
Araşdırma aparılır.