Bakıda rüşvətxor bağça müdirinə hökm oxundu - VİDEO

Bakıda rüşvətxor bağça müdirinə hökm oxundu -  VİDEO
Bütün Xəbərlər
17:30 24.06.2013
2463

Bakı Ağır Cinayətlər Məhkəməsində Xırdalan şəhərindəki 17 saylı uşaq bağçasının direktoru Lalə Əmirovanın məhkəməsi başa çatıb.

AZXEBER.COM-un məlumatına görə, məhkəmənin hökmü ilə rüşvət almaqda təqsirləndirilən Lalə Əmirovaya 4 il müddətinə şərti cəza təyin edilib.İttihama görə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161-Qaynar xətt”inə 17 saylı uşaq bağçasının direktorunun rüşvət tələb etməsi barədə müraciət daxil olub.Müəyyən edilib ki, bağçanın direktoru xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Xırdalan şəhər sakininin azyaşlı qızının bağçaya qəbul olunmasına görə 200 manat pul tələb edib, həmin məbləğin 100 manatını 2012-ci ilin dekabrında azyaşlının bağçaya qəbul edilməsi üçün zəruri olan sənədlərlə birlikdə rüşvət kimi alıb.L.Əmirova cinayətkar əməllərini davam etdirərək 2013-cü il martın 4-də xidməti otağında 60 manat məbləğində pulu rüşvət kimi alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb. Baxış zamanı onun üzərindən rüşvət kimi aldığı 60 manat, şəxsi pul kisəsindən 1.494 manat və 40 avro məbləğində pul, xidməti otağından digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.

OXŞAR XƏBƏRLƏR