Bakıda şagird məktəbdə döyüldü - DİN-dən açıqlama

Bakıda şagird məktəbdə döyüldü - DİN-dən açıqlama
SOSİAL
18:12 05.11.2025
831
Bakıda məktəbli tənəffüs fasiləsi zamanı döyülüb.
 
AZXEBER.COM xəbər verir ki, Bakı şəhər 56 saylı məktəbin şagirdi Murad Məmmədov tənəffüs fasiləsi zamanı sinif yoldaşı tərəfindən döyülüb.
 
Məktəblinin nənəsi Safura Əliyeva nəvəsinin burnunun əməliyyat olduğunu bildirib:
 
"56 saylı məktəbdə tədris alan nəvəm Murad Məmmədov sinif yoldaşı tərəfindən döyülüb. Hadisə zamanı 102 xidmətinə dəfələrlə zəng olunub. Uşaq ağır xəsarət alaraq əməliyyat olunub. Xahiş edirəm mənə kömək edin”. 
 
Baş vermiş hadisə ilə bağlı AZXEBER.COM-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov hadisə ilə bağlı polisə müraciətin daxil olduğunu bildirib:
 
"Xətai rayonu ərazisində yerləşən məktəblərin birində 7-ci sinif şagirdinin həmyaşıdı tərəfindən xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. Müraciətlə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertiza təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
 
Günel Hüseynli

 

Ə

 

 

 


OXŞAR XƏBƏRLƏR