Noyabrın 28-də Bakıda məktəbdə şagird ölüb. Qaradağ rayon Prokurorluğundan verilən məlumata görə, Lökbatan qəsəbəsində yerləşən 7 saylı peşə məktəbinin qarşısında həmin məktəbin şagirdi 1995-ci il təvəllüdlü Salmanov Namiq Nadir oğlu qəflətən dünyasını dəyişib. O, yıxılıb və hadisə yerinə gələn müəllimlər şagirdin öldüyünü müəyyən edib. Lent.az-ın əldə etdiyi digər məlumata görə, dünən həmin məktəbdə şagirdlərə peyvənd vurulub. Həmin şagirdlər arasında Yasamal rayon, İsmayıl bəy Qurtqaşınlı küçəsində yaşayan N.Salmanov da olub. O, iynə vurulduqdan sonra özünü pis hiss edib və oturub. Daha sonra durub getmək istədikdə isə müvazinətini itirib. Hazırda fakt üzrə araşdırma aparılır.