Bakıda sahibsiz uşaq şokolad mağazasını soydu

Bakıda sahibsiz uşaq şokolad mağazasını soydu
Bütün Xəbərlər
17:52 19.03.2014
1099
O, kassadan 2000 manatdan çox pul oğurlayıb.
Səbail rayonunda Bakının mərkəzində İsveçrə şokolad mağazası “Teuscher” qarət edilib.
AZXEBER.COM Vesti.az-a istinadən xəbər verir ki, Səbail rayon 9-cu polis bölməsində, səhər saat 4-də cinayətkar vintaçanla mağazanın qapısının qıfılını açaraq, 6 nömrəli məktəbin yanında, Niyazi küçəsi 5-də yerləşən mağazaya daxil olub.
Beləliklə o, kassadan 2000 manatdan çox pul oğurlayıb.
Nəzarət kameraları oğrunun törətdiyi cinayətdən sonra mağazanı tərk etməsini çəkib. Amma qarətçinin üzü görünmür. Xarici görünüşünə görə 15-18 yaşlı gəncdir.
Hal-hazırda polis cinayətkarın axtarışı ilə məşğuldur.
Bəzi məlumatlara görə, bu mağazada kiloqramının qiyməti 1500 manata çatan şokolad da var. Beləliklə, əsas qiymətli olan mağazada toxunulmaz olaraq qalıb.
Maraqlıdır ki, bu cür bahalı mağazanın sahibi niyə belə qarətlərin qarşısını ala biləcək lazımi təhlükəsizlik tədbirlərindən istifadə etməyib.
OXŞAR XƏBƏRLƏR