Bakıda sakinlərə silah çəkən ‘BMW-X6’nın sürücüsü kimdir?

Bakıda sakinlərə silah çəkən ‘BMW-X6’nın sürücüsü kimdir?
Bütün Xəbərlər
01:10 01.06.2014
5463

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Nərimanov rayonu ərazisində, “Çermet qəsəbəsi” deyilən ərazidəki 93 saylı məktəbin qarşısında “BMW-X6” markalı bahalı avtomobilin sürücüsünün yolda avtoxuliqanlıq etməsi ilə bağlı qəsəbə sakinləri və maşında olan şəxslər arasında dava düşüb.

Avtomobildə olanların kömək üçün xeyli adam çağırması vəziyyəti daha da qəlizləşdirib. “BMW-X6” markalı maşında gələnlər insident zamanı odlu silahdan da istifadə ediblər. Onlar qəsəbə sakinlərinə silah çəkərək atəş açıblar.

AZXEBER.COM xəbər verir ki, Virtualaz.org-un qiyməti 130 min manat olan “BMW-X6” markalı avtomobilin kimə məxsus olmasını, dövlət nömrə nişanını öyrənmək cəhdləri baş tutmayıb.

Belə ki, bu sualla müraciət etdiyimiz Bakı Şəhər Dövlət Yol Polisindən sualı eşidən kimi qəribə reaksiya gördük. İdarədən bununla bağlı heç bir açıqlama vermək istəmədiklərini deyərək dəstəyi əsəbi şəkildə asdılar. Nə maşının nömrəsini vermədilər, nə də onun sahibinin kim olmasına aydınlıq gətirmədilər.

Görünür, sözügedən avtomobilin sahibi yenə hansısa yüksək rütbəli məmurun balası, ya da “çox hörmətli” oliqarxın övladıdır. Əks təqdirdə yol polisinin bu qəzəbli reaksiyanı heç cür başa düşmək mümkün deyil.

OXŞAR XƏBƏRLƏR