Bakıda sakinlərin içdiyi suyun içindən qum çıxır - VİDEO

Bakıda sakinlərin içdiyi suyun içindən qum çıxır -  VİDEO
Bütün Xəbərlər
00:03 15.06.2014
1169

“Binə qəsəbəsində sakinlərə verilən su nəyinki içməyə, heç çimməyə belə yaramır”.

Bu sözləri AZXEBER.COM-un redaksiyasına Binə sakinləri adından göndərilən məktubda Ramin Qarayev adlı şikayətçi yazıb . Onun sözlərinə görə, Binə qəsəbəsində olan bina evlərinin əksəriyyətinə verilən su insan sağlamlığı üçün çox ziyandır. Belə ki, suyun tərkibində olan qumun miqdarı gözlə görünə biləcək qədər çoxdur:

“Yaşadığımız binada su gün ərzində yalnız bir dəfə verilir. İçməli suyu ya pulnan alırıq, ya da müəyyən məsafədən gətiririk. Evlərə verilən su isə çox çirklidir. 15 dəqiqə suyu açmaq kifayət edir ki, onun ətrafına yığılan qumun miqdarını gözlə görə biləsən. Heç olmasa gündə bir dəfə verilən su yararlı olsun. Bu su insan sağlamlığı üçün təhlükəlidir. Aidiyyatı qurumların bu problemi həll etməsini bütün bina sakinləri olaraq istəyirik”.

Qeyd edək ki, şikayətçi evlərə verilən suyun çirkli olmasını videoya çəkib redaksiyamıza yollayıb.

Həmin görüntüləri təqdim edirik:

OXŞAR XƏBƏRLƏR