Bakıda saxta mallar satan mağaza aşkarlandı

Bakıda saxta mallar satan mağaza aşkarlandı
Bütün Xəbərlər
20:46 01.11.2012
1041
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında apardığı monitorinqləri davam edir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Xidmətinin apardığı növbəti monitorinqlər zamanı Yasamal rayonu, Şərifzadə küçəsində Meyxanım Bağırovaya məxsus mağazada 8 çeşiddə ümumi çəkisi 30 kq-a yaxın olan saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan mallar aşkarlanmış, satışdan çıxarılaraq məhv edilib.Bundan başqa, bu mağazada satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.
OXŞAR XƏBƏRLƏR