Bakıda saxta polis tutuldu

Bakıda saxta polis tutuldu
Bütün Xəbərlər
18:10 18.09.2013
1170
Bakıda saxta polis tutulub. 
Baş Dövlət Yol Polis İdarəsinin inzibati binasında, yol polisinin baş serjantı geyimində olan naməlum şəxs özünü şübhəli aparıb. Bu səbəbdən komendant xidmətinin əməkdaşları ondan xidməti vəsiqəsini təqdim etməyi xahiş ediblər. Bu zaman o, qaçmağa cəhd göstərib. Lakin bu cəhd uğursuz olub və onu tutublar.
Onun Bakı şəhər sakini Əfsun Rəcəbov olması müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.//anspress
OXŞAR XƏBƏRLƏR